komedi shou
Menim zilim Komedi Shou Musiqi: Ramiz Mirişli
Sözlər: İsgəndər Coşqun
Şənliklərin gözü mənəm, gözü mən,
Elin ürək sözü mənəm, sözü mən,
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə,
O nəğmənin özü mənəm, özü mən.
Nəğmələrim quş,
Yuvası könlüm olmuş,
Həyat kainat,
Nəğməylə doğulmuş.
Gül boynunu bükər mənsiz, gül mənsiz,
Tül pərdə də nalə çəkər, tül mənsiz,
Həsrət qalar da nəğmənin dadına
Ağız mənsiz, dodaq mənsiz, dil mənsiz.
Bülbül kimi bəmim həzin, zilim şən,
Ötüb keçən ayım, günüm, ilim şən,
İstərəm, şən günlərində ellərin
Oxuduqca oxuyum mən, güləm mən.
Рейтинг: 0
Певец: Komedi Shou
Песня: Menim zilim
Длина файла: 03:03
Дата добавления: 2014-10-13
Текст просмотрен: 623
Скачать
Другие песни этого певца Komedi Shou
Фильмы
Ilhame Quliyeva - Negmekar qiz (retro) (mus.: Ramiz Mirişli)